“S AND N” MTK-Nın Suraxanı Ərazisində Apardığı Qanunsuz Yaşıl Soyqırımı – FOTO+VİDEOFAKT


Bu da bir həqiqətdir ki, ətraf mühitlə bağlı problemlərin aradan qaldırılması, bu yöndə lazımi addımların atılması və s. hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində sazxladığı məsələlərdən olub. Odur ki, yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizə olunması, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması olduqca əhəmiyyət kəsb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl cənab Prezident bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların həlli ilə bağlı aidiyyətı qurumlara lazımi tapşırıqlarını da verdi. Hətta, ölkə rəhbəri meşə zolaqlarında və digər ərazilərdə, ələlxüsus paytaxt Bakı şəhəri ərazisində ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan hər kəsin məsuliyyətə cəlb olunmasını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı çıxışı zamanı da xüsusi qeyd edir. Yəni, o, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq.


Sözügedən video reportajı sizlərə təqdim edirik.
https://youtu.be/iZeQvmN95Tc
Xəbəral.az qarşı tərəfin mövqeyin dərc etməyə hazırdır