Səfirliyimiz Lvovda fəaliyyətini davam etdirir

Səfirliyimiz Lvovda fəaliyyətini davam etdirir  
Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.

Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar bu şəhərdən Lvova köçürülüblər.
Geri qayıt