Güləşçilərimiz Macarıstanda 5-ci medalını qazandı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 5-ci medalını qazanıb.
Günün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.
Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal qarşılaşmalarına çıxacaq.
Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.
Geri qayıtGünün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib - 5:2.