Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI

Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI “Vəziyyət o qədər ciddiləşir ki, Ukrayna ətrafındakı vəziyyət Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər”.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Keçmiş prezident düşünür ki, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq:

“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur. ABŞ Putinə iki şeyi başa salmalıdır. Yəni Rusiya prezidentinin  yalnız iki seçimi var - dərhal sülh danışıqlarına başlamaq və ya Qərbin Rusiya enerjisindən asılılığının aradan qaldırılması da daxil olmaqla, ildırım sürətli nəticələlərlə üzləşmək”.
Geri qayıt