Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Məlumatda görə, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı - Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.