Azərbaycanlı deputatlar İrəvanda belə qorunur - VİDEO

Xalqxeber.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik əməkdaşının müşayiətilə İrəvan İdman-Konsert Kompleksinə gəlib. Həmin anın görüntüləri Ermənistan mediasına yayılıb.
Qeyd edək ki, ötən gün deputatlarımız Avronest Parlament Assambleyasının büro və komitələrinin iclaslarında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana gediblər.