Bu əsər 45 milyon dollara satıldı

Bu əsər 45 milyon dollara satıldı İtaliyalı rəssam Bolttiçellinin "Kədərlərin əri” ("Man of Sorrows") adlı tarixi əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.
Bu barədə "Sotheby's” hərrac evi məlumat yayıb.
Qeyd olunur ki, 600 illik əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılıb.
Portretin sahibi onu 1993-cü ildə alıb. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.
"Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.

Geri qayıt