Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək

Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək Gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək.

Xalqxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tapşırılıb.
Geri qayıt