Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi

Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

O, bununla bağlı tviter səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycanın azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, - B.Yıldırım paylaşımda bildirib.
Geri qayıt