Şəkiyə ayrılan büdcə pulları `ETİBARLI ƏLLƏRDƏDİR`... - İLGİNC FAKTLAR

Şəkiyə ayrılan büdcə pulları `ETİBARLI ƏLLƏRDƏDİR`... - İLGİNC FAKTLAR Qanunvericilikdə məmurun bizneslə məşğul olması qadağan edilsə də, Şəkinin icra başçısı üçün bu qanun deyəsən, keçərli deyil.

İcra başçısı Elxan Usubovun adına iki şirkət var. Bununla bağlı məlumatı araşdırmaçı-jurnalist İsmayıl İslamoğlu “Facebook” hesabında paylaşıb.

“CHEMİCO CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, “A.Q.T.İ.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.

Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur.

“A.Q.T.İ.M.” MMC-nin hüquqi ünvanı olan, AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, 2095-2096-CI MƏHƏLLƏdə isə oğlu yaşayır və orada qeydiyyatdadır. Şəkinin icra başçısı Elxan Usubovun şəkidə dağlar qoynunda geniş mənzərəli bir villası da mövcuddur. (fotonu bura yerləşdirmişəm)

İndi çıxıb təkzib etsin ki, o bizneslə məşğul olmur.

Bu arada, başçının digər əmlaklarının siyahısını da yazıram, bəlkə sizlər üçün maraqlı olar görəsən Elxan müəllimin daha nələri var?

Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

– Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

– Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil

– Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi

– Şəkidəki süd zavodu

– Şəkidə fəaliyyət göstərən sanatoriyalar

– Şəkidəki “Sünbül” çörəkbişirmə sexi

– Şəki, M.F.Axundov prospektində Hotel və Restoran

– Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

– Oğuzda meşədə restoranı

– Ağstafada bir neçə obyektlər

– Mingəçevirdə obyektləri

– Bakıda, Şağan Sun City ərazisində böyük bağı

– Gürcüstanda böyük fındıq zavodu

Mənbə: Busaat.az

Geri qayıt