Yol polisi qarlı yollarda belə işlədi - Yollardakı SON VƏZİYYƏT - VİDEO

Yol polisi qarlı yollarda belə işlədi - Yollardakı SON VƏZİYYƏT - VİDEO Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş DYP İdarəsinin YPX Alayının 2-ci tağımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib. Avtosfer.az xəbər verir ki, onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb. Videonu təqdim edirik:
<iframe width="100%" height="480" src="https://player.bax.tv/embed/150658.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>
Geri qayıt