Qaz sayqaclarının sıfırlanması gecikir - Baş direktorun əmin etməsinə baxmayaraq... FOTO

"Azəriqaz İB mənə qəbz göndərib. Hamısı 25 qəpikdən hesablanıb. Yanvarın 3-də sayğacın fotosunu göndərmişəm WhatsApp nömrələrinə, amma minlərlə abonent kimi, mənə də qoz qoyan olmayıb.
Zəng edib soruşuram ki, nə hoqqa verirsiz? Deyirlər ki, fərqi nədir, limiti indi keçdiniz, ya ilin sonu? Bəlkə mən bu il limiti keçmədim?
Ruslan Əliyev, sizi USTA İŞİ verilişinə dəvət edirəm. Görün camaat sizə hansı sualları verəcək! 1 saat ərzində bir siz, bir mən, bir də dinləyicilər! Mətbuat konfransınızla bu efirin fərqini hiss edəcəksiniz."
Teref.az yazır ki, İlkin Əhməd qaz çekinidə şəklini yazısının altında qoyub.

Teref.az