Ekologiya Nazirliyində şübhəli TENDER MÜQAVİLƏSİ - FOTO

Lakin qeyd edək ki, Satınalma Portalında "“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) təkmilləşdirilməsi istiqamətində yeni modulların yaradılması, mütəmadi texniki xidmətin göstərilməsi və sistemin müvafiq serverlərdə saxlanılmasının 1 (bir) illik dövr üçün xidmətinin satın alınması" məqsədilə, 119998.92 (yüz on doqquz min, doqquz yüz doxsan səkkiz - doxsan iki) AZN məbləğlə bağlanmış müqavilənin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.
Bu isə bəzi şübhələr doğurur.