"Mən etmədiyim cinayətə görə cəza çəkmək istəmirəm..." - Prezidentə MÜRACİƏT

"Mən etmədiyim cinayətə görə cəza çəkmək istəmirəm..." - Prezidentə MÜRACİƏT 13 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən Kiçibəyov Ramin Elbəyi oğlu Prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.

TİA.Az-a bir surəti göndərilən məktubda məhkum qeyd edir ki, Şirvan Apellyasiya məhkəməsinin 22.10.2020-ci il tarixli 1(106)-292/2020 saylı qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Şikayətim Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verildi. Onunla Şirvan Apellyasiya Məhkəməsində işlədiyi vaxtda qızıl işi ilə bağlı aramızda 70.000 manat pul mübahisəsi olduğu üçün işimə qərəzli baxmasını başa düşdüm və kasassiya şikayətimi geri götürdüm. Əlavə olaraq bildirirəm ki, 01.06.2020-cil il tarixinə təyin edilmiş kasassiya şikayətimdə mən bütün bu halları göstərmişdim. Məhkəmə iclası Ali Məhkəmədə 01.06.2020-ci il tarixinə təyin edilməsinə baxmayaraq, hakim məni məhkəmə iclasına çıxarmadı və faksla şikayətdən imtina ərizəmi aldı.

Sonra mən təkrar 09.06.2020 ci ildə kasassiya şikayəti verdim və şikayətim yenidən baxılması üçün Ali Məhkəmənin hakimi Ələsgər Novruzova yazıldı.17.11.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında yazılı vəsatətimi və etirazımı qəbul etmədi, işə qərəzli və öz şəxsi mübahisəsi prinsipi ilə baxaraq qərar qəbul etdi. Katibi Vüqarın vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsində işlədiyi dövrdə 2017-ci ilin noyabr ayında aldığı 70.000 min manatı qaytarmadı və işi həll etmədi.

Mən bu barədə Ali Məhkəmənin 17.11.2021-ci il qərarından Ali Məhkəmənin sədrinə əlavə şikayət etmişəm və bütün bunları şikayətimdə göstərmişəm. İşimə ədalətli baxılmasa aclıq aksiyasına başlayacam və məmur özbaşınalıqına görə Yeni Azərbaycan Partiyası sıralarından çıxacam. Mən etmədiyim cinayətə görə cəza çəkmək istəmirəm”.

Məhbus bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara audio faktları təqdim etməyə hazırdır.
Geri qayıt