Rusiyada 22 avtomobil toqquşdu - ölən və xəsarət alanlar var
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 22 avtomobilin iştirakı ilə qəza baş verib.
Xalqxeber.az bu barədə TASS Başqırdıstanın yol polisinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya aparılıb.
Hazırda yolda hərəkət məhdudlaşdırılıb.