Saxta COVID-19 pasportu satan tibb bacısı tutuldu
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta “Covid-19” pasportu verdiyi üçün saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
