Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü

Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü
"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə Xalqxeber.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb:

"İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır".


Geri qayıt