Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ

Əvəz Qocayevin KAPİTULYASİYA AKTI... - İLGİNC GƏLİŞMƏ

Keçən günlərdə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin yola salınacağı haqda informasiyalar yayılmışı. Xəbərlərdə deyilirdi ki, uzun müddət AAYDA şefi Saleh Məmmədovun "ayağını altını qazmaqla" nələrsə əldə etməyi düşünən Əvəz Qocayevin özü üçün çətin dönəm başlayıb və onun gedişi barədə QƏRAR ÇIXARILIB.

Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hələlik Əvəz Qocayevin rəsmən yola salınmasına tədarük görülür. Bu tədarükün nədən ibarət olması isə olduqca maraqlıdır.

Mənbənin dia.az-a söylədikləri: "Əvəz Qocayevə "yuxarılar" tərəfindən bu günə qədər büdcədən oğurladıqlarının təxmini məbləği barədə məlumat verilib və bu pulların geriyə - Azərbaycan Respublikasının Dövlət Büdcəsinə qaytarılmasının vacibliyi başa salınıb. Bu məsələ son zamanlar kifayət qədər populyardır. Yəni hətta həbs olunan məmurlara da oğurladıqları büdcə pullarını geri qaytardıqları halda müəyyən yumşaq münasibətlər, yüngül cəzalar sərgilənir.

Əvəz Qocayevə də bu qəbildən münasibət sərgilənir və ona vaxt verilib ki, oğurladıqlarını geri qaytarsın. Bu məbləğin isə kifayət qədər ciddiliyi şəkksizdir".

Mənbə bildirir ki, məhz bu səbəbdən Əvəz Qocayev ona verilən vaxt müddətində əlindəki sərvətinin böyük hissəsini satışa çıxarıb: "Artıq onun neçə obyekt və mənzilləri müştərilərə təklif olunur".

Qeyd edək ki, Əvəz Qocayev heç də kasıb birisi deyil və onun bu vaxta qədər mətbuatda açıqlanan sərvətinin miqyasından da görmək olar ki, AAYDA sədrinin müavini büdəcədən əməllicə pul çırpışdıra bilib.

DİA.AZ olaraq yerli KİV-də yer alan və Əvəz Qocayevə aid olduğu deyilən sərvətlərinin siyahısını yenidən diqqətinizə çatdırırıq və buradan da aydın görünür ki, KAPİTULYANT QOCAYEV nə qədər yeyə bilib:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular

4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)

6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

10. Köhnə “Varovski”da 3 mərtəbə villa

11. Novxanıda ayrı-ayrılıqda 3 villa

12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

14. Port Bakuda 150 kv m daha bir mənzil

15. Binəqədi rayonunda böyük torpaq sahələri

16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

18. Şüvəlanda villa

19. Özünə və ailəsinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

21. Dərnəgüldə tikinti materialları mağazası

22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt