Azərbaycanda 5,1 bal gücündə zəlzələ OLDU

Azərbaycanda 5,1 bal gücündə zəlzələ OLDU
Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata  görə, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Geri qayıt