"ETSN-nin Şamaxı Regional Meşə Təsərüfatının müdürünün cinayət məsuliyyətinə çəlb edilməsini tələb edəcəm!"- Məhkəmə vətəndaşın pozulmuş hüuqlarını bərpa etdi

"ETSN-nin Şamaxı Regional Meşə Təsərüfatının müdürünün cinayət məsuliyyətinə çəlb edilməsini tələb edəcəm!"- Məhkəmə vətəndaşın pozulmuş hüuqlarını bərpa etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq Məsələləri Şöbəsinin müdiri Teymur Şəkərəliyev Cənablarına!
Qoşmada verilən Sənədlər əsaında inanıram ki, Əfqan Qəribovun fəaliyyətinə hüquqi qiymət verəcəksiniz.

Qeyd edim ki, Əfqan Qəribov Ağsu dolaylarında rəsmi məktubla obyekt sökdürüb indi isə üzərindən atmaqa cəhd edir.

2-1(116)-193/2021

İşə baxan hakim və ya tərkib
Fərid İsmayılzadə - sədrlik edən hakim

Tərəflər

Cavabdeh: ŞAMAXI REGİONAL MEŞƏ TƏSƏRRÜFATI MƏRKƏZİ

İddiaçı: CƏFƏROVA NÜŞABƏ ƏLİSA QIZI


İşin mahiyyəti

İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - qeyri-yaşayış sahəsi üzrə

1 il Ərzində olan müraciətlərimə Teymur müəllim və Cənab Nazir hüqquqi qiymət vermədiyindən məcburən sosial şəbəkə zərindən müraciət edirəm. Əfqan Qəribov Sizləri biabr etməkdə davam edir. Məhkəmə qərarı olmadan mülk sökdürüb indi özünü daqa daşa vurur. İnanıram kı bu biabrçılıqa bir son verəcəksiniz.

İnşa Allah məncə bu məhkəmədən sonra Əfqan Qəribov Konstitusiyamızı əzbərdən öyrənəcək. Biləcək ki, 13 və 29-cu maddələrə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və məhkəmə qərarı olmadan sökülə bilməz.

Hörmətli Teymur Şəkərəliyev!

Hörmətli Namik Xıdırov!

ETSN-nin FB sehifesi üzərindən Sizlərə etdiyim müraciətlər zamanı e-mailə yazın cavab verəcik bildirirdiniz. Eyni zamanda da Əfqan Qəribovun haqlı olduğunu bildirirdiniz. Xahiş edirəm rəsmi bildirəsiniz əvvəlcə söküntünü boynunuza alıb indi nədən boyun qaçırmağa çalışırsınız???

Maraqlıdır nazirliyi biabr etməkdə davam edən Əfqan Qəribov niyə cəzalandırılmır? Hansı əsasla işdə qalır.

03 iyun 2020 ci tarixli 388 saylı məktubunda Ağsu RİH-ə obyektin onun göstərişi əsasında söküldüyünü bildirir.

05.10.2021-ci il Tarixində Şəki İnzibati məhkəmsində təqdim etdiyi 574 saylı məktubda isə dırnaqarası sövbətdən söz açır. Bir vaxtlar kimlərinsə Sifarişin icra edib Şifahi sorğuya rəsmi cavb vermiş Əfaqn Qəribov qanunların məngənəsindən canını qurtarmaq üçün indi bu yola əl atıb.

Amma bütün məktublarında söküntünü Şamaxı Regional Meşə Təsərüfatı apardığını etiraf edib.

Cənab Namik Xıdırov!

Cənab Teymur Şəkərəliyev!

Sizin müdafiəsinə qalxdığınız Əfqan Qəribov niyə rəsmi cavabını danmağa çalışır?

İndi Etiraf edir ki, mülkün Əmlaka dair sənətləri var və bu sənətləri tədqiq edərkən məlum olub.

Yəni Əfqan Qəribov bu söküntünü aparmazdan və rəsmi cavab verməzdən əvvəl sənətləri təqdiq edə bilməzdi?

Bununla da ETSN-ni məhkəmə predmenti etməzdi.

Diqqətinizə çatdırım ki, Əfqan Qəribov müvafiq qanunla cavab verəcək. Bir daha qeyd edirəm, Azərbaycan Məhkəmələri bu haqda müvafiq qərar verməyəcəyi təqdirdə Avropa İnsan Haqllari məhkəməsində olsada ədalət bərpa olunacaqdır. Eyni zamanda Əfqan Qəribova qarşı aşağıdakı maddəni də tələblərinin yerinə yetirilməsi üçün qərardad çıxartırılmasını tələb edəcəm.

Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə

186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[205]

186.2. Eyni əməllər:

186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;

186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nushabe Ceferova
Teref.az olaraq qeyd etmək istəyirik ki, Şəki Apelyasiya Məhkəməsinin Mülkü Kolleqiyası 07.06.2021-ci ildə №2(107)-1210/2021 işəbaxaraq qərar vermişdir. Qərarı aşağıda təqdim edirik:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D I :
Cavabdeh Cəfərova Nüşabə Əlisa qızı tərəfindən verilmiş şikayət təmin edilsin.
İş üzrə Ağsu Rayon Məhkəməsinin 8 aprel 2021-ci il tarixli 2(016)-101/2021 nömrəli
qərardadı ləğv edilsin.
İddiaçı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzinin cavabdeh Cəfərova Nüşabə
Əlisa qızına, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Səfdərov
Cahid Seyidrza oğluna qarşı alqı-satqı müqaviləsinin və digər sənədlərin etibarsız hesab
edilməsi tələbinə dair mülki iş sonrakı hərəkətlər edilməsi üçün Ağsu Rayon Məhkəməsinə
göndərilsin.
Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir.
Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: İmanverdi Şükürov
Ayaz Mahmudov
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az




Geri qayıt