Rektor təhsil qaydalarına QARŞI... - İDDİA

Rektor təhsil qaydalarına QARŞI... - İDDİA

Dəyərli oxucularımız yaxşı xatırlayır ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-nun dərsə gəlmiyən müəllimləri”, “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “Rektorun Ramiz Mehdiyev “sevgisi””, “Oliqarx rektorun yeni tikdiyi 5-ci villası” və digər başlıqlı məqalələr dərc etmişdik.

Məqalələrdə qeyd etmişdik ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adı keçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub.

Bu maxinasiyalarda təbii ki, rektorun dostu, Aqronomluq fakültəsinin 13 illik dekanı və rektorun “aradüzəldəni” Məhərrəm İsmayılovun da fəal iştirak etdiyini yazmışdıq. Onu da qeyd edək ki, Məhərrəm İsmayılovu UNEC rektoru Ədalət Vəliyevin xahişi ilə işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir. Bu vəzifəyə real namizəd olan və rektorun da dəstəklədiyi Hüseyn İdrisov isə bu “təyinatdan” sonra universitetdən və kafedra müdirliyindən inciyərək çıxıb getmişdir. Çünki İ.Cəfərov “ikibaşlı”oyun oynamışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarında deyilir: “…1.6.2. dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz”. Dekanlıq müddətinin həmin qaydaya əsasən 5 il olduğunu nəzərə alsaq aydın olur ki, M. İsmayılov 3 ildir qanunsuz işləyir və üstəlik yenidən namizədliyini vermək istəyir. ADAU-da deyirlər ki, rektor Rusiya səfərindən qayıdan kimi həmin şəxsi yenidən saxta yolla dekan seçdirəcəkdir. Biz isə əlaqədar qurumların vaxtında hərəkətə keçərək bu saxtakarlığın qarşısını alacaqlarına ümid edirik.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
//aktualxeber.az// 
Geri qayıt