Başçının evinin işıq pulunu kimlər ödəyir? – Administrasiyanın kuratoru Vaqif Həsənovu xilas edə bilərmi?

Başçının evinin işıq pulunu kimlər ödəyir? – Administrasiyanın kuratoru Vaqif Həsənovu xilas edə bilərmi?

Prezident Adminstrasiyasının Ağdam rayonu üzrə “kurator”u Qiyas Yusifovun başçılıq etdiyi heyətin Ağdam rayon İcra Hakimiyyətində apardığı yoxlama zamanı üzə çıxan məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızla tanış edəcəyimizi vəd etmişdik. Həmin vədimizi yerinə yetirərək aparılan yoxlama ilə bağlı məlumatları redaksiyamızın imkanları daxilində dəqiqləşdirməyə çalışdıq.

AzToday.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayonun “kurator”u Qiyas Yusifovun başçılıq etdiyi heyət Ağdam rayon sakinlərinin Prezident Adminstrasiyasına çoxsaylı müraciətlərində icra başçısı Vaqif Həsənovun qanunazidd əmələri ilə bağlı şikayətlərini araşdırıb. Həmin şikayətlərdən biri icra başçısı Vaqif Həsənovun rayonda sakinlərin əlindən aldığı 20 hektara yaxın torpaq sahəsində yer kökü əkdirib, becərməsi ilə bağlı olub. Şikayətlərdə əksini tapan məlumata görə, həmin sahələr əhalinin “Komxoz” adlandırdıqları idarənin işçilərinə becərdilib. Torpaqları əllərindən alınan şəxslərə təlqin ediblər ki, Prezident Adminstrasiyasından gələn şəxslərə verdikləri izahatlarında torpaq sahəsinin əkib-becərməkdə çətinliklə üzləşdikləri üçün İcra Hakimiyyətindən yardım istədiklərin yazsınlar. Həmin şəxslər də belə yazıblar.

Qiyas Yusifovun başçılıq etdiyi heyətin yoxladığı məsələlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin göndərişi ilə ikinci təhsil almaq üçün Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına göndərilən şəxslərinin bəzilərinin birinci ali təhsil haqqında diplomlarının saxta olması ilə bağlı şikayət olub. Redaksiyamıza daxil olan məlumata görə Qiyas Yusifovun başçılıq etdiyi heyət bu şikayətlə bağlı bir neçə fakt aşkara çıxarıb. İddiaya görə, həmin şəxslər Ağdam rayon İcra Hakimiyyətinin strukturlarında işləyirlər.

İcra başçısı Vaqif Həsənovla bağlı şikayətin biri də icra başçısının Quzanlı qəsəbəsində yaşadığı evin elektrik enerjisinin haqqının bir qayda olaraq Ağdam Paylayıcı Elektrik Şəbəkəsinin işçilərinin əmək haqqısı hesabına ödənilməsi ilə bağlı olub. Bu şikayətin mənbəyi isə 22.09.2021- ci il tarixdə Ağdam Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Emin Əliyevlə Şəbəkənin Quzanlı Qəsəbəsi üzrə nəzarətçiləri arasında yaşanmış qalmaqaldan qaynaqlandığı iddia olunur. Prezident Adminstrasiyasının əməkdaşlarının bu məsələni araşdırıb-araşdırmadıqlarını dəqiqləşdirə bilmədik.

Prezident İlham Əliyev dəfələrlə məmurların həqiqətləri ondan gizlətdiyini bəyan edib və cəmiyyətdən neqativ hallarla bağlı onu məlumatlandırmağı xahiş edib. Ağdam rayon sakinlərində belə qəanət yaranıb ki, Prezident Adminstrasiyasının Ağdam rayonu üzrə “kurator”u Qiyas Yusifovun da Ağdam rayonunda bütün şikayətləri tam araşdırmayıb. Əks halda icra başçısının Təhsil Şöbəsində vəzifə tutan həyat yoldaşı Sədaqət Həsənova hələ də vəzifəsində qala bilməzdi. Ağdam rayonundan redaksiyamıza daxil olan məlumata görə rayon sakinləri Prezident Adminstrasiyasının Ağdam rayonu üzrə “kurator”u Qiyas Yusifovun icra başçısını xilas etməsinə imkan vermək niyyətində deyillər.

Bütün bu məsələlərlə bağlı Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənovun mövqeyini də dinləməyə hazırıq. Əlbətdə, əgər deyiləcək sözü varsa…

AzToday.az
Geri qayıt