"Nazirə şikayət yazdıq, özümüzü cəzalandırdılar" - GİLEY

"Nazirə şikayət yazdıq, özümüzü cəzalandırdılar" - GİLEY

“Əmək və əhalinin sosialmüdafiəsi naziri Sahil Babayevə 2 aydır ki, «Azərpoçt», həm də elektron poçt vasitəsi ilə şikayət ərizələri göndərirəm. Ancaq heç bir cavab verilmir, əksinə, etdiyimiz haqlı şikayətlərə görə bizim özümüzü cəzalandırdılar”.
Bu sözləri Göyçay şəhəri Həbibi küçəsi ev 25 sakini 1-ci Qarabağ müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu Bizimyol.info-ya bildirib. Onun sözlərinə görə, həyat yoldaşına qarşı qanunsuzuluq etmiş vəzifəli şəxslər barəsində şikayət etdiyi üçün 29 sentyabr 2021-ci il tarixdə həyat yoldaşımın əmək müqaviləsinə qərəzli və qanunsuz olaraq xitam verilib.

“Həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim-tədris Şöbəsinin böyük mütəxəsisi vəzifəsində işləyirdi. 2010 -cu ildən rayon İcra Hakimiyyəti məsləhət gördüyü üçün Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2019 -cu ildə struktur dəyişikliyə görə yəni idarənin adı dəyişdirildiyi üçün həmin mərkəzdə direktor müavini vəzifəsində çalışmışdır.

15 aprel 2021- ci il tarixdə idarənin adı dəyişdiyi üçün həyat yoldaşımdan ərizə alıb işdən azad etdilər. 24 iyun 2021-ci il tarixdə Göyçay Peşə Hazırlıq Mərkəzində təlim tədris şöbəsinin böyük mütəxəsisi vəzifəsinə təyin olunub”.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Sevin Mustafayevaya Peşə Departamentinin sədri Fuad Mehdizadə və Kadrlar Şöbəsinin məsul vəzifəli əməkdaşı Rəna Şərifova təzyiqlər göstərirlər ki, ərizə yazıb işdən çıxsın.

“Əks təqdirdə onun barəsidə cinayət işi başlanılması tədbiri ilə onu hədələyirdilər. Səbəb kimi qeyd edilir ki, qızın Rəvanə Mahmudova direktor müavini vəzifəsinə çalışdığın idarədə işləyib. Həyat yoldaşım isə onlara izah edib ki, mən həmin idarədə direktor müavini olmuşam mənim işə işçi qəbul etməyə səlahiyyətim olmayıb, qızım həmin xadimə vəzifəsinə "DOST" İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib ki, bütün bunlar sənədlərdə qeyd edilib.

Həyat yoldaşıma vəzifəsinin kiçildilməsi üçün ərizə yazmağa məcbur ediblər. Bundan sonra O, ərizə yazıb müvafiq işlə təmin edilməyini göstərib. Həmin ərizəni Kadrlar Şöbəsi tərəfindən verilən forma əsasında yazmışdır. Bundan sonra həyat yoldaşımı idarənin direktoru müavini vəzifəsindən kiçildib böyük mütəxəsis vəzifəsinə təyin etdilər.

Heç bir şəxs öz vəzifəsinin kiçildilməsi üçün ərizə ilə rəhbərliyə müraciət etməz. Bunu isə həyat yoldaşım Sevinc Mustafayevaya məsul məzifəli şəxslər Peşə Departamentinin sədri Fuad Mehdizadə və Rəna Şərifova ediblər.

Xahiş edirəm şikayətimi cənab nazir şəxsən özü oxuyub qanunu və təsirli tədbirlər görsün, həyat yoldaşım Sevinc Mustafayevanın əvvəlki işinə bərpa olunmasına dair ədalətli qərar çıxarsın, vəzifə səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıqla məşğul olan Peşə Departamentinin sədri Fuad Mehdizdənin barəsində ciddi tədbirlər görsün”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimyol.info
Geri qayıt