Batumidə yaşayış binasının çökməsinin səbəbi AÇIQLANDI

Batumidə yaşayış binasının çökməsinin səbəbi AÇIQLANDI

Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar polis üç nəfəri saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən biri birinci mərtəbədə yerləşən mənzilin sahibi, digər ikisi isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir.

Məlumatda qeyd olunub ki, mənzildə təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının ciddi surətdə pozulması binanın çökməsi ilə nəticələnib.
Geri qayıt