Ərəblərə meydan verən Zakir Fərəcovun adamı imiş

Ərəblərə meydan verən Zakir Fərəcovun adamı imiş Ərəblərin Qaxdakı Acınohur yasaqlığı ərazisində qanunsuz ovla məşğul olduqları 372 hektar ərazi 2017-ci ildə icarəyə verilibmiş. Reportyor.info bildirir ki, bu haqda Həbib Müntəzir yazıb. İcarəyə götürən isə “Aqroinkişaf-2017” MMC-dir. Şirkətin təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

O, “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqləndiyi üçün 2018-ci ildə prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Həmçinin Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Bu arada Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.
Geri qayıt