Şuşada kilsənin dağıdılmasının Ordumuzla heç bir əlaqəsi yoxdur

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.