Ermənilər Füzuli rayonundakı Zobucuq ikinci qəsəbəsindəki xəstəxananı atəşə tutub
Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.APA-nın bölgəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, tibb müəssisəsinə ciddi ziyan dəyib.
İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb.
