ABŞ-da və Belçikada azərbaycanlılara qarşı təxribat törədən ermənilər saxlanıldı

Bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L. Abdullayeva deyib ki, həmin şəxs məhkəmə qarşısına çıxarılacaq.
L.Abdullayeva bildirib ki, Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub.