XİN əməliyyatı AZAL-a qədər uzana bilər – Faiq Bağırovun saxlanılması bu ehtimalı qüvvətləndirir

XİN əməliyyatı AZAL-a qədər uzana bilər – Faiq Bağırovun saxlanılması bu ehtimalı qüvvətləndirir Bu gün DTX tərəfindən saxlanılan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun maraqlı əlaqələri ortaya çıxıb.

Ovqat.com xəbər verir ki, sosial şəbəkələrdə Faiq Bağırovun AZAL prezidenti Cahangir Əsgərovun adamı, hətta yaxın qohumu olduğu xəbəri yayılıb.

İddialara görə, AZAL rəhbəri ona “bacı oğlu”, o isə himayədarına “dayı” deyirmiş.

Viza xidmətlərinin AZAL-la birbaşa əlaqələrinin olduğunu və Cahangir Əsgərovun yarıtmaz fəaliyyətinin son vaxtlar media qurumlarında geniş müzakirəyə çıxarıldığını nəzərə alsaq, bugünkü həbsin təsadüfi olmadığı qənaəti meydana çıxır. Ehtimal olunur ki, XİN-də başlayan əməliyyat AZAL-a qədər uzana bilər.
Geri qayıt