Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar
Xüsusi karantin rejimini pozub, "Fairmont Baku" hotelində istirahət edərək jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.Jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.
Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.
unikal.org







