Dövlət Sərhəd Xidmətində yeni yoxlamalara ehtiyac var - İDDİA

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Dövlət Sərhəd Xidmətinin yuxarı eşalonunda Elçin Quliyevə ən yaxın şəxslərdən biri də polkovnik Natiq Abuzərlidir.Qeyd edək ki,adıçəkilən bu şəxs Eldar Mahmudovun rəhbəri olduğu kriminal MTN-nin sabiq işçilərindəndəndir. Nazirliyin Nərimanov rayon İdarəsinin rəisi olmuş Natiq Abuzərli 2013-ci ilin noyabrında təqaüd yaşına çatdığına görə pensiyaya göndərildiyi bildirilir.Başqa bir versiyaya görə isə Natiq Abuzərli işdə yol verdiyi nöqsanlara görə Eldar Mahmudov tərəfindən tutduğu vəzifəsindən azad edildiyi söylənilir. Bəs pensiya yaşına çatmış bir hərbçi necə olub ki,Dövlət Sərhəd Xidmətində mühüm vəzifəyə təyin edilib? Təbii ki, Elçin Quliyevin sayəsində. Amma çox maraqlıdır ki,xüsusi xidmət orqanları dövlət qulluğu hesab edildiyindən burada pensiyaya çıxmanın həddi 63 yaşdır.Bəs MTN-dən pensiyaya çıxan Natiq Abuzərlinin neçə yaşı olub ki,DSX-da yenidən işə düzələ bilib,sual yaranır.
Məlumatlara görə Natiq Abuzərlinin Dövlət Sərhəd Xidmətində sahib olduğu vəzifə həbs olunmuş Əfqan Nağıyevin tutduğu vəzifədən qat-qat yüksək və gəlirlidir.Belə ki,əgər Əfqan Nağıyevın vəzifəsi General-mayor olaraq tək Xəzər dənizi hövzəsində Sahil Mühafizəsnə nəzarətdən ibarət olubsa,polkovnik Natiq Abuzərlinin vəzifəsi respublikanın bütün sərhəd-keçid məntəqələrində qaçaqmalçılığa nəzarət etməkdən ibarətdir.Əldə etdiyimiz məlumatlara görə bu sahədə bir çox qanunsuzluqlar baş verir ki,sərhəd keçid məntəqələrində insanların ciddi narazılığına səbəb olur.Bu kimi halların qarşısının alınması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin fəaliyyətini,ələlxüsus da Natiq Abuzərlinin rəhbərlik etdiyi idarənin fəaliyyətinin ciddi şəkildə yoxlanılmasına ehtiyac var.Qeyd edək ki,Sərhəd Xidmətində polkovnikin səlahiyyət xaricindən kənar da bir çox qanunsuz işlərin başında durduğu bildirilir. Aktualinfo.org bir çox bu və digər məlumatlar ətrafında araşdırmalarını davam etdirməkdədir.
Buraya yalnız onu əlavə edə bilərik ki,son vaxtlar dövrü mətbuatda Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qaçaqmalçılığın qarşısının alınması barədə görülən tədbirlər haqqında yayılan məlumatların Natıq Abuzərlinin bir aydan sonra General-mayor rütbəsi alması üçün hesablandığı bildirilir.Əslində isə sərhəd keçid məntəqələrindən hər gün külli miqdarda dəyəri olan qaçaq mallar keçirilir ki,burada Natiq Abuzərlinin və Dövlət Sərhəd Xidməti rəisinin payı var.Bizi izləyin.
Aktualinfo.org