23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə "Çin Karqo" şirkəti bütün dövlət qulluqçularını təbrik edir

23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə "Çin Karqo" şirkəti bütün dövlət qulluqçularını təbrik edir Karqo şirkətindən Xalqxeber.Az-a verilən məlumata görə, "Çin Karqo"-nun rəhbəri, respublikada tanınmış nüfuzlu iş adamı Şamil Heydərov peşə bayramı günü münasibəti ilə dövlət qulluqçularını təbrik edib, onlara xoş arzularını ifadə edir.

Şamil Heydərov, ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərini dilə gətirib: "Ulu öndərimizin fəaliyyəti yüksək vətənpərvərlik və milli dövlətçiliyə sədaqət hissinə, xalqa layiqli və yorulmadan xidmət məramına əsaslanan dövlət qulluğu nümunəsi kimi müstəqil Azərbaycanda hər bir dövlət qulluqçusu üçün əbədi örnəkdir".

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən Şamil Heydərov dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb: "Hər bir sahədə müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması vacib şərtlərdən biridir.
Ölkədə aparılan islahatların əhaliyə xidmət səviyyəsinin yüksək səviyyədə təşkilinə və fəaliyyət sahələrində şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayan Şamil Heydərov hər bir dövlət məmurunun bu islahatlar prosesində daim səylərini artırmalı olduğunu bildirib. Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən Şamil Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" fikrinin hər bir dövlət məmurları üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb.
Dövlət qulluqçularının əsas vəzifələri isə xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
"Çin Karqo" şirkəti olaraq, bir daha 23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə dövlətə sədaqətlə xidmət edən dövlət qulluqçularını təbrik edib, dövlətçiliyimiz möhkəmlənməsində gördüyü işlərdə onlara uğurlar arzulayırıq.
Geri qayıt