Mübariz Mənsimovun gözünü tutan PUL EHTİRASI... - Vətən dünənə qədər niyə yadına düşmürdü...

Mübariz Mənsimovun gözünü tutan PUL EHTİRASI... - Vətən dünənə qədər niyə yadına düşmürdü... Özü özünü “qəhrəman” elan edən Mübariz Mənsimovun gerçək üzü ortaya çıxdı. Onun yalanının da ömrü 40 gün imiş...

FETÖ/PDY terror təşkilatına üzv olmaq ittihamı ilə həbs olunan Mübariz Mənsimov ilk gündən bunu inkar edir, gah Türkiyə dövlətini, gah məhkəmələri günahlandırır, gah da ona “oyun qurulduğu” haqda fərziyyələr irəli sürürdü. O, özünü təmizə çıxarmaq üçün hər şey etdi, amma fakt faktlığında qalır: haqqında uğur hekayəsi uydurulan Mübariz Mənsimovun bütün biznes həyatı qeyri-leqal işlərdən ibarətdir və o, təkcə narkotika və silah qaçaqmalçılığı, yaxud pul qazanmaq naminə tankerlərini İŞİD kimi dəhşətli terror təşkilatının sərəncamına veməklə deyil, həm də yaşadığı, çörəyini yediyi Türkiyə dövlətini sarsıtmağa çalışan FETÖ terror təşkilatı ilə əməkdaşlıq edib. Bütün məqsədi də daha çox pul qazanmaqdır.

Mübariz Mənsimovun ona qucaq açan Türkiyəni arxadan xəncərləməsi təəccüblü deyil. O, əlindəki xəncəri yaxın keçmişdə “Vətənim” adlandırdığı Azərbaycanın da kürəyinə endirmişdi. Dövlətin yaratdığı imkanlardan bəhrələnərək, qazanc əldə etdi, vergidən yayındı, qanunsuz fəaliyyətinə son veriləndə isə öz Vətəninin arxasınca atıb-tutdu. Çünki onun xisləti pul üçün hər şey etməyə qadirdir.

Budur, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mübariz Mənsimov haqqında 26 səhifəlik ittiham irəli sürüb. İttihamın ictimaiyyətə bəlli olan bəzi detalları Türkiyə dövlətinin Mənsimovu niyə həbs etməsinin səbəbini aydınlaşdırır.

- FETÖ terror təşkilatının lideri Fətullah Gülənin əşyalarını muzeydə sərgiləyib.

- FETÖ-nün bir çox sahə üzrə “imamları” ilə intensiv əlaqə və əməkdaşlıqda olub.

- FETÖ-nün xaricdəki təşkilatlarından məsuliyyətli olan, “rus imamı” kimi tanınan Əhməd Həmdi Vural ilə gizli şəkildə görüşləri və əlaqəsi olub.

- FETÖ-nün menecerlərindən Akın İpək, Suat İldırım və Süleyman Uysalla da sıx telefon əlaqəsi saxlayıb.

Bunlar ittihamın bəzi detallarıdır. Məlumatlara görə, Mübariz Mənsimov FETÖ “imamları” ilə əlaqəsinin ortaya çıxmaması üçün “Cammer” adlı danışıq chazlarından istifadə edib. Hətta Fətullah Gülənlə üz-üzə görüşdüyü, terror təşkilatının lideri üçün Pensilvaniyaya xüsusi həkim göndərdiyi, təşkilatın xaricdəki məktəb və dərnəklərin fəaliyyətlərini davam etdirməsi üçün maddi yardım göstərdiyi də bildirilir.

Hazırda məhkəmə prosesi davam edir və “Palmali” şirkəti Mübariz Mənsimovu nə qədər təmizə çıxarmağa çalışsa da, onun həbsi qaçılmazdır. Çünki Türkiyədə FETÖ ilə bağlı ittihamlar heç vaxt havadan uydurulmur və ciddi faktlar olmasa, heç kimi bu ittihamla həbs etmirlər.

Yəqin ki, Mübariz Mənsimovun dəmir barmaqlıqlar arxasında çirkli fəaliyyətini düşünməyə çox vaxtı olacaq. Ona heç olmasa əməllərindən dərs çıxmarmağı arzu edirik...
Demokrat.az
Geri qayıt