Dağıstan başçısı insidentlə bağlı sərhədyanı bölgəyə getdi

Dağıstan başçısı insidentlə bağlı sərhədyanı bölgəyə getdi Dağıstanın başçısı Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş verən insidentlə bağlı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

Bu barədə məlumat Dağıstastan başçısının rəsmi saytında yer alıb.

Müşavirədə 155 azərbaycanlı vətəndaşı sərhəddən buraxılması ilə bağlı qərar verilib. Bu siyahıya, ilk növbədə, uşaqlı qadınlar, yaşlı insanlar, xəstələr, həmçinin uzun müddət sərhəddə qalan insanlar daxil ediləcək.

Müşavirədə çıxış edən Dağıstanın baş nazirin müavini Ramazan Cəfərov sərhəddəki insidentlə bağlı 5 Azərbaycan vətəndaşının xəstəxanaya yerləşdirildiyini bildirib.
Geri qayıt