"Çin Karqo" şirkəti Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edir

"Çin Karqo" şirkəti Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edir Hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur. 1918-ci ilin həmin günü Azərbaycanda demokratik respublika - Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.
"Çin Karqo" şirkətinin kollektivi Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May Respublika günü münasibətilə ürəkdən təbrik edir, milli dövlətçiliyimizə inkişaf və müstəqilliyimizin əbədi olmasını arzu edir.
Son illər ərzində Azərbaycanın ictimai-siyasi və iqtisadi inkişafında mühüm nailiyyətlər əldə edilib, xalqın rifahı daim yüksəlir. Bu uğurlara həm ölkə vətəndaşı, həm də sahibkar olaraq ürəkdən sevinirik. İnanırıq ki, cənab prezidentin rəhbərliyi ilə Azərbaycan dövlət quruculuğu və müstəqilliyin möhkəmləndirilməsi kimi məsuliyyətli işdə daim yeni-yeni uğurlar əldə edəcəkdir.
Azərbaycana qüdrət və tərəqqi, xalqımıza xoşbəxtlik, ölkə başçısı cənab İlham Əliyevə möhkəm cansağlığı və əvəzolunmaz fəaliyyətində uğurlar arzu edirəm.

Şamil Heydərov
"Çin Karqo" şirkətinin rəhbəri
Geri qayıt