DTX gömrük sistemində araşdırma aparsa... - İDDİA

Bununla bağlı DİA.AZ-a maraqlı bir müraciət də daxil olub. Belə ki, müraciət müəllifi olan, sahibkar olduğunu bildirən şəxs adının çəkilməməsi şərtilə aşağıdakı ittihamları səsləndirib: "Bu gün DTX dövlətin ən güvənli qurumuna çevrilib ki, bundan bütün Azərbaycan xalqı məmnundur - desəm, yanılmaram. Həqiqətən də zaman-zaman biz sahibkarlar az qala bütün dövlət qurumları tərəfindən sıxışdırılmışıq. Dəfələrlə ölkə Prezidentinin sahibkarlkarla bağlı çağrıışlarına rəğmən aşağıda "JEK" müdirindən tutumuş, yuxarıda nazirinə qədər hər kəs sahibkar üzərində öz "raconunu kəsib".
Belə qurumların başında isə hər zaman Dövlət Gömrük Komitəsi gəlməkdədir. Məlumdur ki, köhnə MTN-lə yanaşı DGK da sahibkarlara əsas divan tutulan ünvan kimi tannıb. MTN və onun köhnə rəhbərliyi tarix olsa da, bu gün DGK-nin sədri Səfər Mehdiyev köhnənin qalığı olaraq yenə də sahibkaralara savaş açan cəbhənin ön sıralarında dayanmaqdadır.
Mən hansısa xırda detalı açıqlayb, vaxtınızı almaq istəmirəm. DTX-nı sadəcə olara DGK-yə dəvət edirəm və onların bir günlük fəaliyyətini araşdırsınlar. Onda görəcəklər ki, əsl korrupsiya və rüşvət yuvası elə Gömrük Komitəsinin özüdür.
Səfər Mehdiyev vaxtı ilə gömrükdəki rüşvət maşınının başında dayanıb. İndi isə tam sərbəstdir. Sizcə bu adam yeni siyasətə uyğun fəaliyyət göstərə bilərmi? Mən inanmıram və bunu sahibkarlıq fəaliyyətimdə də görürəm. Əgər DTX rəhbərliyi bu işin araşdırılmasına göstəriş verərəsə, inanın ölkənin sahibkarlıq mühitində Azərbaycanımız naminə çox böyük dönüş etmiş olar".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...