İcra başçısı seçkilərə müdaxilə etdiyinə görə həbs edilib - İDDİA

İcra başçısı seçkilərə müdaxilə etdiyinə görə həbs edilib - İDDİA Geyimləri üzərində xüsusi təyinatlı şxəslər yazılmış şəxslər bu dəqiqə Neftçala İcra Hakimiyyəti binasını mühasirədə saxlayırlar. Bizim seçki qərərgahının üzvləri oradadırlar. Binaya kimsənin girişinə və çıxışına icazə verilmir”.

Pravda.az-ın xəbərinə görə, bunu 61 saylı Neftçala Seçki Dairəsindən namizəd olmuş Kamran Əsədov deyib.

O, bildirib ki, icra başçısı İsmayıl Vəliyev və işçisi Anar Cəfərovun seçki prosesinə açıq müdaxiləsi, seçki marafonu boyu namizədlər arasında qeyri-bərabər şərait yaratmalarına görə həbs olunmalalrı xəbəri var. Onun sözlərinə görə, büdcədən ən çox vəsait ayrılan rayonlardan biri də Neftçaladır: “İcra başçısının seçki prosesinə müdaxiləsi bütün rayon sakinləri tərəfindən narazılıqla qarşılayıb. Hazırda İcra Hakimiyyəti binası yaxınlığında olan komanda üzvlərimiz deyirlər ki, geyimləri üzərində xüsusi təyinatlılar yazılan şəxslər İcra Hakimiyyətini mühasirəyə alıb. İcra Hakimiyyəti binasında da hazırda xüsusi təyinatlılar var, orada araşdırıma aparılır. Binadan kiminsə çıxmasına, binaya kiminsə daxil olmasına imkan verilmir. Neftçala İcra hakimiyyəti hər kəsin gözü qarşısında seçkinin nəticələrinə çox ciddi müdaxilə edib. Hakim partiya namizədi orada çox biabırçı nəticə ilə məğlub oldu. Seçki prosesinə müdaxilə açıq şəkildə ölkə başçısının yürütdüyü siyasətə zidd idi. Bununla bağlı Prezident Adminstrasiyasına, hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişdim. Görünür, məsələ araşdırılıb və hüquqi addım atılıb”.



Kamran Əsədov deyib ki, ölkə prezidentinin sosial iş yerləri layihəsi də Neftçalada düzgün tətbiq olunmayıb: “Real olaraq işə ehtiyacı olan şəxslər işə götürülməyib, əmək haqqı kartları sahiblərinə çatdırılmayıb. Ona görə də prezident dediyi kimi cəzalanma olacaq”.



Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.



O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələ ləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

”Yeni Müsavat”
Geri qayıt