Patruşev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyubAkademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Rusiya nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


