"Ağstafa işi"ndə ŞOK İSİM: Samir Şərifovun adı hallanır... - İDDİA

"Ağstafa işi"ndə ŞOK İSİM: Samir Şərifovun adı hallanır... - İDDİA "Ağstafada və Yevlaxda həyata keçirilən məlum həbslər daha yüksək rütbəli məmurları da hədəfə gətirə bilər". Bu barədə DİA.AZ-a məlumatlı qaynaqdan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, hər iki nüfuzlu şəxsin - Ağstafanın icra başçısı Nizaməddin Quliyevin və Yevlaxın sabiq başçısı Qoca Səmədovun həbsinin ardından həm Qoca Səmədovun vəzifədə olarkən Yevlax rayonunun, həm də buna qədər Nizaməddin Quliyevin rəhbərlik etdiyi Goranboy RİH-in maliyyə fəaliyyəti də təftiş edilir.

Mənbənin söylədikləri: "İlkin informasiyalarda açıqlanan yeyinti faktları təbii ki, birbaşa olaraq yerli maliyyə qurumlarını da hədəfə gəririr. Hər halda icra başçıları konkret olaraq Maliyyə Nazirliyinin xəbəri olmadan bu qədər büdcə vəsaiti ilə istədiyi kimi rəftar edə bilməzdi".

Mənbə bildirir ki, istənilən an istintaq araşdırmaları qeyd olunan yöndə də aparıla bilər: "Bu zaman təbii ki, Samir Şərifov hədəfə gəlir. Və bu da daha ciddi faktların ictimailəşməsinə, daha böyük çevrədə hüquqi addımların atılmasına gətirib çıxara bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ
Geri qayıt