Ölümə aparan AVTOBUSLAR

Ölümə aparan AVTOBUSLAR Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri avtobus problemi yaşayırlar.

Belə ki, əraziyə işləyən 2 marşrut xətti olsa da, sakinlər iddia edirlər ki, əksər hallarda evlərinə taksi ilə getməli olurlar.

Məlumat verək ki, Balaxanı ərazisinə 105 və 198 nömrəli avtobuslar işləyirlər. Balaxanı sakini Timur Əlibəyov qaynar xəttimizə yazaraq bildirib ki, həmin ərazidə sərnişin daşıyan 105 və 198 saylı avtobusları hər gün sərnişinlərin həyatını təhlükəyə ataraq xidmət aparırlar. Bununla bağlı bizə göndərdiyi videodan da görünür ki, sürücü sıxlığı bəhanə edərək sərnişinlərin həyatını təhlükəyə atır. Buna görə də kənd sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır. Sözügedən 105 və 198 saylı avtobuslarda vəziyyət çox acınacaqlıdır. Dəfələrlə məsələ ilə bağlı şikayətlər etsələr də heç bir faydası yoxdur. Camaatın vəziyyəti çox çətindir.

Məsələ ilə bağlı aidiyyəti qurum olan Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilmədi.

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini də işıqlandırmağa hazırıq.

YPX.AZ


Geri qayıt