Mədət Quliyev Putinlə görüşdə - FOTO

Mədət Quliyev Putinlə görüşdə - FOTO Rusiya prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçıları ilə görüşüb.
Görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev də iştirak edib. Putin 25 il əvvəl MDB ölkələri təhlükəsizlik xidmətləri ilə bağlanan əməkdaşlıq müqaviləsini xatırladıb.
“Bu müddət ərzində əsas məsələlərlə bağlı iş üzrə ölkələrimiz arasında yaxşı əməkdaşlıq yaranıb. Təəssüf ki, vəziyyətin yaxşılaşmadığını görürük və buna sübut bu yaxınlarda Peterburqda insanların ölməsi və yaralanması ilə nəticələnən hadisədir. Biz bilirik ki, ölkələrimizin hər biri terror hücumları üçün potensial təhlükədir” – Putin belə deyib.
Putin həmçinin xüsusi xidmət orqanlarının üzləşdiyi narkotik, korrupsiya, xarici qüvvələrin ölkənin daxili siyasi həyatına təsiri barədə problemləri qeyd edib.
Mədət Quliyev Putinlə görüşdə - FOTO
Mədət Quliyev Putinlə görüşdə - FOTO
Geri qayıt