Azərbaycanlı tələbənin qətli... - Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərildi

Azərbaycanlı tələbənin qətli... - Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərildi Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib/Report.

Qeyd edək ki, öldürülən Cavid Hacıyev Kiyevdə tələbə olub.
Geri qayıt