Artur Rasizadənin hesabat çıxışı başladı

Artur Rasizadənin hesabat çıxışı başladı Bu gün Milli Məclisdə baş nazir Artur Rasizadə hesabat verir.

xalqxeber.az xəbər verir ki, spiker Oqtay Əsədov vurğulayıb ki, hər il yaz sessiyasının beşinci iclasında hökumət Mili Məclisin qarşısında hesabat verir: “Ötən il dünya iqtisadiyyatında qeyri- müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bu bizim iqtisadiyyatdan yan keçib. Ölkənin ÜDM-i artıb. Ölkəmiz investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb. İnvestisiya layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait sərf edilib. Ötən il hesabatı zamanı millət vəkilləri tərəfindən təqdim edilən 50-yə yaxın təkliflər hökumət tərəfindən nəzərə alınıb”.
Geri qayıt