Cahangir Hacıyev TÜRKİYƏDƏN OĞURLANAN 7 milyardın qurbanı olub?

Cahangir Hacıyev TÜRKİYƏDƏN OĞURLANAN 7 milyardın qurbanı olub? Azərbaycan Beynəlxalq Bankını (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həbsinin səbəbləri barədə sensasion məlumat daxil olub.

Yada salaq ki, Cahangir Hacıyev ABB ilə bağlı yaranmış ”kredit qalmaqalı”na görə həbs olunub. O, 2015-cü ilin martın 18-də ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib. Cahangir Hacıyev istefasını səhhətindəki problemlərlə əlaqələndirib. Lakin hələ o vaxt media Cahangir Hacıyevin istefasının səbəbinə şübhə ilə yanaşırdı.

Qısa müddətdən sonra onun “Texnika Bank”ın rəhbəri olması, ardınca da ABB ilə bağlı baş verən “kredit qalmaqalı” bu şübhələrin əsassız olmadığını ortaya qoydu. O zaman belə məlumatlar yayıldı ki, kredit adı altında ABB-dən 6 milyard manata yaxın vəsaiti mənimsəyib.

Bu olayla bağlı Cahangir Hacıyevə yaxın iş adamları hüquq-mühafizə orqanlarına çağırıldı, onlardan bəziləri barəsində cinayət işi başlandı və həbs-qətimkan tədbiri seçildi. Daha sonra Cahangir Hacıyev həbs olundu. Bankir məhkəmə prosesində ittihamları rədd edərək həbsini hakimiyyətdaxili ziddiyyətlərlə izah etməyə başladı. Onun maliyyə naziri Samir Şərifovu hədəf alması da bununla izah edilir. Cahangir Hacıyevin iddialarından belə anlaşılırdı ki, “kredit qalmaqalı” Samir Şərifovun planıdır. Məqsəd isə onu sıradan çıxarmaqla ABB-ni ələ keçirmək olub.

Cahangir Hacıyevdən sonra ABB-nin rəhbərliyinə Samir Şərifovun yaxın dostu olduğu deyilən Elmar Məmmədovun (Az sonra Elmar Məmmədov da “qara bazar”a dollar ötürülməsində suçlu bilinərək vəzifəsindən çıxarıldı) gətirilməsi bankirin dediklərinin əsassız olmadığı qənaətini yaradırdı.

Lakin daxil olan məlumatlar bu iddia və mülahizələri alt-üst edir. Beləliklə, məlumatda bildirilir ki, Cahangir Hacıyevin “vurulması” nə “kredit qalmaqalı”na, nə də hakimiyyətdaxili ziddiyyətlər görədir. Məsələnin kökündə bankirin əcnəbi xaker qrupları ilə iri maliyyə əməliyyatları dayanır.

24saat.org
Geri qayıt