Əbülfəz Məlikov bərk təlaşdadır - İDDİA

"Broker Əbülfəz" bazarda başqa başqa adlar altında firmalarla hərəkət etsədə bu heç də Gömrük şefinə sirr deyil. ("Delta Qrup C.O." MMC və sairələri..) Həmdə veriln xəbərlərə görə Əbülfəz Məlikov illərlə gömrükdə monopoliyanı əlində cəmləşdirərkən çox böyük miqdarda sərvət yığıb və bu sərvəti ofşor şirkətlərdə yerləşdirib ki, heç kimin ona əli çatmasın.
İndi əsas məsələ o milyardların Azərbaycana gətirilməsini təmin etməkdir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında verdiyi bəyanatlar Əbülfəz Məlikov üçündə gələn ilin çox kritik olacağına bir işarədir. Buna qədər də "Broker Əbülfəz" ağır vəziyyətlərə düşsədə onu bu vəziyyətlərdən hamisi FHN şefi quratır. Hətta axırda ona məxsus olan "Gilan" holdinqdə vəzifə belə verib. Lakin qabağı görən siyasətçi olan Kəmaləddin Heydərovda Əbülfəz Məlikov üçün bir gün "əcəl zəngi" -nin çalınacağını bildiyi üçün başqaları kimi onu lap yaxınına yəni rəsmi FHN strükturuna gətirməyib.
Xəbər verən mənbənin dediyinə görə (bu xəbər mediada gedib) artıq Kəmaləddin Heydərovun mövqeləri zəifləyib və zəifləməkdə davam edir, bütün bunları nəzərə alan Əbülfəz Məlikov bərk təlaşdadır.
Bu barədə daha artıq məlumatımız olacaq!
Bizi izləyin....
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az