Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini "tarixi hadisə" adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib
Geri qayıtBu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini "tarixi hadisə" adlandırıb.