Yeni həbs olunanlar olacaq - Gömrüyün broker qanadı budanır

Yeni həbs olunanlar olacaq - Gömrüyün broker qanadı budanır Dövlət Gömrük Komitəsi sistemində yeni həsblər gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya sızıb. Redaksiyamıza danışan mənbə iddia edir ki, konkret olaraq zamanında gömrüyün üstündə imiş kimi görünən broker şəbəkəsi ilə bağlı ciddi araşdırmalar aparılmaqdadır ki, bütün bunlar da birbaşa olaraq gömrükdəki yenilənmələrlə bağlıdır.

Mənbənin söylədikləri: "Hələ keçən il prezident İlham Əliyev gömrük sistemi ilə bağlı sərt mövqe ifadə etmi, gömrükdəki problemlərə diqqət çəkmişdi. Tədbirlər gözlənilən idi və baş verməkdədir. Səfər Mehdiyevin DGK-ya təyinatı əslində bir tərəfdən gömrüyün Vergilər Nazirliyinə tabe etdirilməsinin qarşsını aldısa, digər tərəfdən də yenilənmələrin anonsu kimi qəbul edilməli idi. İndi də tədbirlər görülür və daha sərt addımlar atılacaq. Həbslər var və yenə də olacaq,

Mənbə açıqlamasında konkret olaraq gömrüyə bağlı broker sistemində yeni həbs dalğasının müşahidə olunacağını da xüsusi olaraq vurğuladı: "Gözlənilir. Hələliksə araşdırmalar gedir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ
Geri qayıt