Parlamentdə Xocalı ilə bağlı xüsusi iclas

xalqxeber.az xəbər verir ki, parlamentarilər Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsini müzakirə edirlər. Müzakirələr başlamazdan əvvəl deputatlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Spiker Oqtay Əsədov isə çıxışında qeyd edib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir: “Bu ermənilərin Azərbaycana qarşı etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bunun tarixi 200 il əvvələ gedib çıxır. Xocalı soyqırımı miqyasına görə xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlisidir. Biz inanırıq ki, bu vəhşi cinayətləri törədən şəxslər Azərbaycan xalqı qarşısında cavab verəcəklər”.