Prezident müharibə veteranları ilə görüşdü

Prezident müharibə veteranları ilə görüşdü İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən prezident Qələbə günü münasibətilə onları təbrik edib.

Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Dövlət başçısı veteranlarla xatirə şəkli çəkdirib.
Geri qayıt