Nazim İbrahimovun fəaliyyəti təftiş olunacaq – Məsuliyyətə cəlb oluna bilər

Nazim İbrahimovun fəaliyyəti təftiş olunacaq – Məsuliyyətə cəlb oluna bilər Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Disapor ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad olunub. Onun yerinə Milli Məclisin deputatı Fuad Muradov təyin edilib.

Unikal.org-a daxil olan məlumata görə, yaxın günlərdə komitənin ötən dövrdəki fəaliyyətinin araşdırılmasına qərar verilib. Belə ki, büdcə vəsaitlərinin xərclənməsi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarına ayrılan vəsaitin təyinatdankənar istifadə olunması ilə bağlı ciddi araşdırma aparılacaq.

Qeyd edək ki, uzun zamandır Nazim İbrahimov və rəhbərlik etdiyi qurumdan narazılıq pik həddə idi. Çünki illlərlə diaspor fəaliyyətinə ayrılan vəsaitlərin göyə sovrulması həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, həm də hakimiyyət üçün problem yaradıb. Onun vəzifədən uzaqlaşdırılması da məhz bununla bağlıdır.

Yəqin ki, N.İbrahimov təkcə vəzifədən uzaqlaşdırılmaqla yaxasını qurtara bilməyəcək. Onun rəhbər olduğu dövrdə komitənin fəaliyyətinin araşdırılması və yoxlamanın nəticələrinə uyğun qərar veriləcək. Hətta onun məsuliyyətə cəlb olunması da istisna edilmir.

Digər bir xəbərdə isə bildirilir ki, Nazim İbrahimov bu situatsiyadan "təmiz” çıxmaq və qonşu ölkələrdən birinə səfir getməsi üçün çalışır.
Geri qayıt